Bank Of Baku

Nardaranlıların Sabir Rüstəmxanlıya qarşı terror hədəsi ilə bağlı Azərbaycanın güc strukturlarına müraciət edilib

Nardaranlıların Sabir Rüstəmxanlıya qarşı terror hədəsi ilə bağlı Azərbaycanın güc strukturlarına müraciət edilib
# 12 yanvar 2009 12:41 (UTC +04:00)
VHP mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müraciətdə deyilir ki, 2009-cu il yanvarın 9-da Bakının Nardaran qəsəbəsinin “İmam Hüseyn” meydanında keçirilən mitinqdə kənd ağsaqqalı kimi adı çəkilən Hacı Əli Hüseynov çıxış edərkən S. Rüstəmxanlının ünvanına nalayiq sözlər işlədib, onu terrorla hədələyib, Hacı Hikmət Vəliyev adlı şəxsin isə S. Rüstəmxanlının başına 50 min manat pul qoyduğunu, onu öldürənin bu mükafata sahib olacağını bildirib.

VHP Azərbaycan dövlətçiliyinə qarşı sistemli antitəbliğat aparan İranın “Səhər” kanalının müdafiəsinə qalxan bu şəxslərin hərəkətlərində milli təhlükəsizliyə təhdid çalarlarının olduğu göstərməklə bərabər, terrora təhrik cəhdləri edən Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev barəsində cinayət işinin qaldırılmasını, onların həbs edilməsini, həmçinin Azərbaycanın nüfuzlu ziyalılarından və ictimai-siyasi xadimlərindən olan Sabir Rüstəmxanlının mühafizəsinin qurulması üçün tədbirlərin görülməsini xahiş edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR