Bank Of Baku

Balakən sakini ov edərkən ölüb

Balakən sakini ov edərkən ölüb
# 12 yanvar 2009 13:21 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakən rayon sakini ov edərkən ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən məlumat verilib. Məlumata görə, hadisə rayonun “Akasiya meşəsi” adlanan ərazisində baş verib. Rayonun Qazma kənd sakini Elman Rəhimov sözügedən ərazidə ov edərkən dünyasını dəyişib. Hadisə yerinə baxış keçirilərkən, ərazidən 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Balakən rayon Prokurorluğunda cinayət işi qaldırılıb. Araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR