Bank Of Baku

Məscidin sökülməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti icraata götürülüb

Məscidin sökülməsi ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayəti icraata götürülüb
# 12 yanvar 2009 14:30 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Yasamal rayon Dini İcmasının Murtuza Muxtarov 190 ünvanında yerləşən “Peyğəmbərimiz Məhəmmədin Məscidi” adlı məscidin sökülməsi ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayəti icraata götürülüb. Bakı Apellyasiya Məhkəməsindən APA-ya verilən məlumata görə, şikayət hakim Gündüz Quliyevin icraatına verilib.
Qeyd edək ki, ötən il noyabrın 28-də Yasamal rayon Məhkəməsi Yasamal rayon İcra Hakimiyyətinin qeyri-qanuni tikilinin sökülməsinə dair iddiasını təmin edərək rayonun M. Muxtarov küçəsi, 190 ünvanda yerləşən məscidin sökülməsinə dair qətnamə qəbul edib. Məhkəmə qətnaməsində həmin ünvanda təyinatı məlum olmayan qeyri-yaşayış sahəsinin tikildiyi, qeyri-yaşayış sahəsinin - məscidin sökülməli olduğu qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR