Bank Of Baku

Rusiya vətəndaşı Bakıda qarət edilib

Rusiya vətəndaşı Bakıda qarət edilib
# 12 yanvar 2009 15:44 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Rusiya vətəndaşı Bakıda qarət edilib. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın R. Rza küçəsində baş verib. Rusiya Federasiyasının vətəndaşı, paytaxtın S. Vurğun küçəsində kirayədə yaşayan, 1973-cü il təvəllüdlü Cəmilə Rəcəb qızı Hacıbalayeva naməlum şəxsin basqısına məruz qalıb. Naməlum şəxs qadına zor tətbiq etməklə onun qızıl boyunbağısını və üzərində olan 180 manat pulunu alaraq hadisə yerindən qaçıb. Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü Orxan Zahid oğlu Abbasov saxlanılıb. Faktla bağlı Nəsimi rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR