Bank Of Baku

Məcburi köçkün özünü asıb

Məcburi köçkün özünü asıb
# 12 yanvar 2009 16:19 (UTC +04:00)
Bakı. Hafiz Heydərov – APA. Sumqayıt şəhərində məcburi köçkün özünü asaraq intihar edib. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Sumqayıt yolunun kənarında yerləşən “Elşad” kafesində qeydə alınıb. Sumqayıt şəhərində yerləşən 17 saylı orta məktəbdə məskunlaşan, Qubadlı rayonundan olan 1981-ci il təvəllüdlü Raqib Xanış oğlu Sadıqov kafenin ayaqyolunda özünü kəndirlə asaraq intihar edib. Mərhumun özünə qəsd etməsinin səbəbləri hələ məlum deyil. Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR