Bank Of Baku

Gürcü polisi Azərbaycan vətəndaşlarını “Qırmızı Körpü”də saxlayıb

Gürcü polisi Azərbaycan vətəndaşlarını “Qırmızı Körpü”də saxlayıb
# 12 yanvar 2009 16:33 (UTC +04:00)
APA-nın Gürcüstan bürosunun məlumatına görə, onların arasında Azərbaycan vətəndaşları da var. Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyin konsulu Fərhad Məmmədov APA-ya məlumatı təsdiqləyib. Konsul bildirib ki, Kvemo-Kartli bölgə polis idarəsinin rəis müavini Zurab Ruxadze onlara rəsmi şəkildə “Qırmızı Körpü” gömrük-keçib məntəqəsində Fərman Nərimanov adlı cəmi bir Azərbaycan vətəndaşının saxlanıldığını bildirib: “Səfirlikdə olan məlumata görə isə gürcü sərhədçiləri beş Azərbaycan vətəndaşını saxlayıblar. Bunlar Qabil Novruzəliyev, Etibar Turabov, Mehdi Nəbiyev, Məhəmməd Novruzov və Fərman Nərimanovdur. Onlar polisə rüşvət verməkdə təqsirləndirirlər.

Soydaşlarımız isə bildirirlər ki, onlar rüşvət verməyiblər, sadəcə olaraq pasportlarının arasında pul qalıb. Faktla əlaqədar biz Gürcüstan Xarici İşlər Nazirliyi və Kvemo-Kartli bölgə polis rəhbərliyi ilə görüşəcəyik. Nəticələr barədə saxlanılan Azərbaycan vətəndaşlarının qohumlarına, yaxınlarına məlumat veriləcək. Gürcüstan qanunvericiliyinə görə, bu şəxslərin hər birindən 10 min lari məbləğində cərimə tələb olunur. Bu cərimə ödənilərsə, onlar azad buraxıla bilərlər. Amma məbləğ mütləq ödənilməlidir. Araşdırmalar davam edir. Bizdə olan şifahi məlumata görə, ümumilikdə 20-25 nəfər saxlanılıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR