Bank Of Baku

Baş Prokurorluq Nardaranda Sabir Rüstəmxanlının barəsində ölüm fitvası verilməsi ilə bağlı araşdırmaya başlayıb

Baş Prokurorluq Nardaranda Sabir Rüstəmxanlının barəsində ölüm fitvası verilməsi ilə bağlı araşdırmaya başlayıb
# 13 yanvar 2009 07:40 (UTC +04:00)
Bu barədə APA-ya məlumat verən Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov müraciətin VHP-nın Siyasi Şurası tərəfindən ünvanlandığını bildirib. Müraciətin bu gün onlara çatdığını diqqətə çatdıran E. Sultanov məlum məsələ ilə əlaqədar Respublika Prokurorluğu tərəfindən hələ bir neçə gün əvvəldən araşdırmalara başlandığını söyləyib. O, həmçinin bununla bağlı Sabunçu rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsi ilə cinayət işinin başlanıldığını və araşdırılması üçün aidiyyəti üzrə Sabunçu rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərildiyini bildirib.
Qeyd edək ki, VHP ötən gün millət vəkili Sabir Rüstəmxanlının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə milli təhlükəsizlik naziri Eldar Mahmudova, daxili işlər naziri Ramil Usubova və baş prokuror Zakir Qaralova müraciət ünvanlayıb. Müraciətdə bu il yanvarın 9-da Bakı şəhəri, Nardaran qəsəbəsinin “İmam Hüseyn” meydanında keçirilən mitinqdə kənd ağsaqqalı kimi adı çəkilən Hacı Əli Hüseynov çıxış edərkən VHP sədri, millət vəkili Sabir Rüstəmxanlının ünvanına nalayiq sözlər işlətdiyi, onu terrorla hədələdiyi, Hacı Hikmət adlı şəxsin isə Sabir Rüstəmxanlının başına 50 min manat pul qoyulduğu, onu öldürənin bu mükafata sahib olacağı barədə bəyanat verdiyi bildirilib.
Müraciətdə həmçinin Azərbaycan dövlətçiliyinə qarşı sistemli əks-təbliğat aparan İranın “Səhər” telekanalını müdafiəyə qalxan bu şəxslərin hərəkətlərində milli təhlükəsizlik çalarlarının olduğu göstərilməklə bərabər, terrora təhrik cəhdləri edən Hacı Əli və Hacı Hikmət barəsində cinayət işinin qaldırılması, həmçinin S. Rüstəmxanlının mühafizəsinin qurulması üçün tədbir görülməsi xahiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR