Bank Of Baku

“Sahil” metro stansiyasının qarşısında silahlı şəxs tutulub

“Sahil” metro stansiyasının qarşısında silahlı şəxs tutulub
# 13 yanvar 2009 08:52 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı Metropoliteninin “Sahil” stansiyasının qarşısında silahlı şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Səbayel rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşları “Sahil” metro stansiyasının qarşısında 1 nəfər naməlum şəxsi şübhəli şəxs qismində saxlayaraq bölməyə gətiriblər. Bölmədə saxlanılan şəxsin əlindəki çantaya baxış keçirilərkən oradan “Kalaşnikov” markalı avtomat silah aşkar edilərək götürülüb. Polis əməkdaşları həmçinin saxlanılan şəxsin şəxsiyyətini də müəyyən edib. Məlum olub ki, bu, Sumqayıt şəhər sakini, 1946-cı il təvəllüdlü Tarskiy Anatoli Qeorqiyeviçdir. Hazırda Səbayel rayon Polis İdarəsində saxlanılan şəxsin silahı haradan əldə etməsi və nə məqsədlə gəzdirdiyini araşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR