Bank Of Baku

Azərbaycan paytaxtında daha bir yaşayış binasının sakinləri köçürülür

Azərbaycan paytaxtında daha bir yaşayış binasının sakinləri köçürülür
# 13 yanvar 2009 08:56 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. 2007-ci ilin avqustunda Murtuza Muxtarov küçəsi, 185 ünvanında uçan binanın qonşuluğunda yerləşən 12 mərtəbəli yaşayış binasının sakinləri köçürülür. Bu barədə APA-ya Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Səməd İslamov bildirib. İcra başçısının müavini sözügedən binanın zirzəmisində və bəzi hissələrində bərkitmə işləri aparıldığını deyib. Onun sözlərin görə, sakinlərin köçürülməsi müvəqqəti xarakter daşıyır: “Binada bərkitmə işləri Nazirlər Kabinetinin qərarına əsasən aparılır. Bərkitmə işləri başa çatdıqdan sonra sakinlər öz evlərinə qaytarılacaqlar”.

S. İslamov köçürülən sakinlərə bazar qiymətlərinə uyğun kirayə pulunun ödənəcəyini də bildirib.

Qeyd edək ki, 2007-ci ilin avqustunda M. Muxtarov küçəsi, 185 ünvanında bina uçarkən qonşuluqda yerləşən binalardan biri ciddi zədələndiyi üçün artıq sökülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR