Bank Of Baku

Balakəndə baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb

Balakəndə baş verən yol qəzasında 2 nəfər ölüb, 3 nəfər yaralanıb
# 13 yanvar 2009 09:04 (UTC +04:00)
Balakən. Vüqar Heydərov-APA. Balakən rayonunda baş verən ağır yol qəzasında iki nəfər ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon polis Şöbəsindən məlumat verilib. Balakən rayon Polis Şöbəsindən APA-ya verilən məlumata əsasən, hadisə Xaldan-Balakən magistral yolunun 140-cı kilometrliyində Katex kəndi ərazisində baş verib. 1942-ci il təvəllüdlü Balakən rayon sakini Musayev Üzeyir Məhəmməd oğlunun idarə etdiyi “VAZ-21063” markalı 08 BB 828 dövlət nişan nömrəli avtomaşınla, 1983-cü il təvəllüdlü Balakən rayon sakini Ramazanov Şamil Şaban oğlunun idarə etdiyi KamAZ markalı 08 BD 557 dövlət nişan nömrəli avtomobil sözügedən ərazidə toqquşub. İlkin ehtimala görə ağır yol qəza hadisəsinə səbəb, Ü. Musayevin idarə etdiyi “VAZ-21063” markalı avtomobili ötüşmə zamanı yol-nəqliyyat qaydalarını pozması olub.
Baş vermiş ağır yol qəza hadisəsi zamanı “VAZ-21063” markalı avtomobilin sürücüsü Ü. Musayev hadisə yerində ölüb. Onun sərnişinləri Həsrətova Züleyxa Uluxan qızı, Musayeva Müslümat, Musayeva Fatimə və Musayev Abdurahman bədən xəsarətləri ilə Balakən Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Z. Həsrətova xəstəxanada dünyasını dəyişib. Digər xəsarət olan sərnişinlərin vəziyyəti orta-ağır hesab olunur.
Faktla bağlı Balakən rayon Polis Şöbəsində cinayət işi qaldırılıb və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR