Bank Of Baku

Bakıda mağazadan oğurluq edən şəxs tutulub

Bakıda mağazadan oğurluq edən şəxs tutulub
# 13 yanvar 2009 09:08 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda mağazadan oğurluq edən şəxs həbs edilib. Bakı şəhər Baş Polis idarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Kazımov İdrak Ərəstun oğluna məxsus Q. Qarayev küçəsi 59 ünvanında yerləşən mağazadan şüşəni sındırmaq yolu ilə 270 ədəd siqaret oğurlanması barədə polisə məlumat daxil olub. Daxil olan məlumat əsasında Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsi və Xətai rayon Polis İdarəsinin 37-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, 1968-ci il təvəllüdlü Şəmiyev Sənan İsrail oğlu tutulub. Saxlanılan şəxsin üzərinə baxış keçirilərkən ondan 0,247 qram narkotik vasitə olan heroin və 1 ampula “Dimedrol” aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR