Bank Of Baku

Azərbaycan MTN yüksək rütbəli polis zabitinin başçılıq etdiyi cinayətkar qrupu zərərsizləşdirib

Azərbaycan MTN yüksək rütbəli polis zabitinin başçılıq etdiyi cinayətkar qrupu zərərsizləşdirib
# 13 yanvar 2009 09:56 (UTC +04:00)
Hüquq-mühafizə orqanlarından APA-ya daxil olan məlumata görə, külli miqdarda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olan qrupa Gəncə şəhər Nizami rayon Polis Şöbəsinin növbətçi hissəsinin əməkdaşı, mayor Elsevər Nəbiyev başçılıq edib. Məlumatda əməliyyat nəticəsində bir neçə nəfərin həbs edildiyi, E. Nəbiyevin isə qaçmağa nail olduğu bildirilir. Hazırda onun tapılması üçün əməliyyat-axtarış tədbirləri aparılır.

MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya məlumatı təsdiqləyərək bildiriblər ki, faktla bağlı toplanmış materiallar aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə göndərilib.

DİN mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov isə APA-ya bu barədə məlumatsız olduğunu deyib.

Qeyd edək ki, hadisə barədə ilk olaraq “Bizim yol” qəzeti məlumat yayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR