Bank Of Baku

Gədəbəy sakini liftin şaxtasına düşərək ölüb

Gədəbəy sakini liftin şaxtasına düşərək ölüb
# 13 yanvar 2009 10:49 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Azərbaycan paytaxtında 14 mərtəbəli yaşayış binasının 11-ci mərtəbəsindən liftin şaxtasına yıxılan 23 yaşlı Gədəbəy sakini hadisə yerindəcə ölüb. Yasamal Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Mətbuat prospekti, 3/34 ünvanında çoxmərtəbəli yaşayış binasında baş verib. 14 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən mənzilə sifarişlə mebel quraşdırmaq məqsədilə gələn Gədəbəy rayon sakini, 1985-ci il təvəllüdlü Qoşqar Əli oğlu Bayramov liftlə aşağı mərtəbəyə enmək istəyərkən, yaranmış nasazlıq ucbatından şaxtaya yıxılıb.

O, aldığı ağır kəllə-beyin travmasından hadisə yerindəcə keçinib.

Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR