Bank Of Baku

Azərbaycanın Dövlət Komissiyası: “Ötən il ərzində itkin kimi qeydiyyatdan keçən 162 nəfərin taleyi müəyyən olunub”

Azərbaycanın Dövlət Komissiyası: “Ötən il ərzində itkin kimi qeydiyyatdan keçən 162 nəfərin taleyi müəyyən olunub”
# 13 yanvar 2009 10:53 (UTC +04:00)
APA-nın xəbərinə görə, hesabatda bildirilib ki, ötən il ərzində Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) ilə 20 görüş keçirilib, “Ante mortem” proqramı çərçivəsində görüləcək işlər barədə fikir mübadiləsi edilib, itkinlərin siyahıları arasındakı fərqin aradan qaldırılması, əməkdaşlığın daha da səmərəli qurulması üçün təkliflər müzakirə olunub, əsir və girov götürülmüş azərbaycanlıların və ermənilərin azad olunması istiqamətində danışıqlar aparılıb.
Qeyd olunub ki, ötən il aprelin 14-də Dövlət Komissiyası ilə BQXK arasında BQXK tərəfindən irəli sürülən “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş şəxslər haqqında Ante Mortem məlumatların toplanması və mərkəzləşdirilmiş şəkildə idarə olunması üzrə” çərçivə sazişi imzalanıb. İl ərzində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış, lakin BQXK-də qeydiyyatdan keçməyən 295 Azərbaycan vətəndaşı ilə bağlı materiallar BQXK-ya göndərilib.
Hesabatda bildirib ki, itkin düşmüş şəxslərin axtarışı istiqamətində aparılmış araşdırmalar nəticəsində il ərzində Dövlət Komissiyasında itkin kimi qeydiyyatdan keçən 162 nəfərin taleyi müəyyən olunub (2005-ci ildən ötən müddət ərzində 846 nəfər), adları siyahıdan çıxarılıb. Onlardan 57 nəfərin sağ, 45 nəfərin döyüşlərin gedişində həlak olduğu və yaxınları tərəfindən tanınaraq dəfn edildiyi, 60 nəfərin adının siyahıda təkrar keçdiyi müəyyənləşdirilib. Həmçinin, araşdırmalar zamanı 18 nəfərin döyüşlərin gedişində itkin düşməsi faktı aşkar edilib, adları müvafiq siyahıya salınıb. 25 dekabr 2008-ci il tarixə olan məlumata görə, 4210 nəfər itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
Araşdırmalar nəticəsində Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyata alınmış 39 nəfərin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə sağ-salamat qalması və əsir-girov götürülməsinin ehtimal olunduğu müəyyənləşdirilib, bu barədə arayışlar tərtib edilib.
Hesabatda o da qeyd olunub ki, ötən il Ermənistan Respublikası hərbçiləri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun 2 əsgəri Muxtarov Yaqub Allahverdi oğlu, Heybətov Vüsal Şirsultan oğlu və mülki şəxs Eyyubov Arzu Nurəddin oğlu Vətənə qaytarılıb. Bundan başqa, 15 noyabrda Azərbaycanın Füzuli rayonu istiqamətində Ermənistan hərbçiləri tərəfindən atəşkəsin pozulması zamanı şəhid olan Azərbaycan Ordusunun əsgəri, 1988-ci il təvəllüdlü Şəmilov Orxan Fərhad oğlunun meyiti 19 noyabrda qarşı tərəfdən alınaraq yaxınlarına təhvil verilib.
Eyni zamanda, 4 avqust 2007-ci il tarixdə, Tərtər rayonu ərazisində, qoşunların təmas xəttində saxlanılan Ermənistan silahlı qüvvələrinin əsgəri, 1984-cü il təvəllüdlü Asatryan Ambarsum Mnatsakanoviç 25 yanvar 2008-ci il tarixdə, 19 aprel 2008-ci il tarixdə Naxçıvan Muxtar Respublikası ərazisində saxlanılmış Ermənistan hərbçiləri – 1987-ci il təvəllüdlü Yenukyan Ağası Atamoviç, 1986-cı il təvəllüdlü Zöhrabyan Artyom Andranikoviç, 1983-cü il təvəllüdlü Torosyan Karen Civanoviç, 1986-cı il təvəllüdlü Qxnbayan Vano Nikolayeviç 4 avqust 2008-ci il tarixdə, 16 may 2008-ci il tarixdə Xocavənd rayonu istiqamətində saxlanılan mülki şəxs 1981-ci il təvəllüdlü Qabrielyan Hrant Samveloviçin 19 avqust 2008-ci il tarixdə (cəmi 6 nəfər) qarşı tərəfə qaytarıldığı da hesabatda öz əksini tapıb.
Bildirilib ki, 25 dekabr 2008-ci il tarixə olan məlumata görə 1396 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatdan keçir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR