Bank Of Baku

Gəncədə taxta məmulatları zavodunun gözətçisindən silah-sursat götürülüb

Gəncədə taxta məmulatları zavodunun gözətçisindən silah-sursat götürülüb
# 13 yanvar 2009 11:03 (UTC +04:00)
Bakı-APA. Kəpəz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri ərazisindəki taxta məmulatları zavodunun gözətçisi Hüseyn Bayramovdan 1 ədəd əldə düzəltmə qələm tapança və 2 ədəd patron götürülüb. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, Bərdə rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisindən 1 ədəd "AKM" silahı, 57 ədəd patron və 1 ədəd patron darağı tapılıb.
Qaradağ rayonunun Sahil qəsəbə sakini Şaban Əsədov isə tapdığı 1 ədəd "AK" silahını və 30 ədəd patronu könüllü olaraq polisə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR