Bank Of Baku

Saatlı rayonunda ev yanıb

Saatlı rayonunda ev yanıb
# 13 yanvar 2009 11:38 (UTC +04:00)
Saatlı. Əlibəy Zeynallı-APA. Saatlı rayonunun Əlisoltanlı kəndində ev yanıb. Bu barədə
APA-nın Mil-Muğan bürosuna Fövqəladə Hallar Nazirliyinin Saatlı rayon Dövlət Yanğın Mühafizəsi Xidmətindən bildirilib. Məlumata görə, yanvarın 12-də Saatlı rayonunun Əlisoltanlı kənd sakini Əzizov Allahverdi Əbülfəz oğluna məxsus fərdi yaşayış evinin 96 kvadratmetrlik tavanı və dam örtüyü yanıb.
Yanğına evdə quraşdırılan odun sobasının düzgün istismar edilməməsi səbəb olub. Yanğından Mühafizə Xidməti heyətinin səyi nəticəsində yanğının otaqlara keçməsinin qarşısı alınıb. Yanğın zamanı xəsarət alan olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR