Bank Of Baku

Sabir Rüstəmxanlı barəsində ölüm fitvası verildiyini söyləyən Nardaran sakini: “Emosional vəziyyətdə deyilən sözü şişirtməyə ehtiyac yoxdur”

Sabir Rüstəmxanlı barəsində ölüm fitvası verildiyini söyləyən Nardaran sakini: “Emosional vəziyyətdə deyilən sözü şişirtməyə ehtiyac yoxdur”
# 13 yanvar 2009 12:54 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Əgər onlar bu məsələni şişirtsələr, bizim də deməyə sözümüz var”. Bu sözləri APA-ya açıqlamasında Nardaran sakini Hacı Əli Hüseynov deyib. O bildirib ki, yanvarın 9-da Nardaranda keçirilən mitinqdə onun tərəfindən deyilən sözlər şişirdilib: “Bu, kiçik məsələdir. Emosional vəziyyətdə deyilən sözü bunlar şişirdərək, əllərində bayraq ediblər. Buna ehtiyac yoxdur. Onsuz da Nardarana həmişə təzyiqlər olub. 2002-ci ildə Nardaran sakinləri güllələndi, bir nəfər də kənd sakini qətlə yetirildi”. Ə. Hüseynov S. Rüstəmxanlının və onu dəstəkləyənlərin hay-küyündən qorxmadığını da deyib: “Söz deyilib, keçib gedib. Ortada konkret heç nə yoxdur. Onlar bunu məqsədli şəkildə şişirdirlər”.

Nardaran sakini bu məsələ ilə bağlı prokurorluğa çağırılmadığını da söyləyib.

Qeyd edək ki, yanvarın 9-da Nardaranın “İmam Hüseyn” meydanında keçirilən mitinqdə çıxış edən Hacı Əli Hüseynov Azərbaycanın bəzi ziyalılarının xalqa yalan məlumatlar verdiklərini, bununla millətə xəyanət etdiklərini deyib: “Sabir Rüstəmxanlı kimi vicdansız ziyalılar millətə xəyanət edir, Azərbaycanın dərdini açıqlayan “Səhər” (İran kanalı nəzərdə tutulur - red.) kanalına böhtan atır. Bu hərəkətlərinə görə Sabir Rüstəmxanlı bonun barəsində Nardaran ağsaqqallarından biri tərəfindən ölüm fitvası çıxarılıb. Sabir Rüstəmxanlı, sən bundan sonra cangüdənlərinin sayını artır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR