Bank Of Baku

Hüquq müdafiəçiləri Leyla Yunusun məhkəməyə verilməsi ilə bağlı daxili işlər naziri ilə görüşmək istəyirlər

Hüquq müdafiəçiləri Leyla Yunusun məhkəməyə verilməsi ilə bağlı daxili işlər naziri ilə görüşmək istəyirlər
# 13 yanvar 2009 13:43 (UTC +04:00)
Bakı-APA. Hüquq-müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri – Çingiz Qənizadə, Novella Cəfəroğlu, Səadət Bənənyarlı və Səidə Qocamanlı daxili işlər naziri Ramil Usubovun Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusla bağlı qaldırdığı məhkəmə iddiasına görə nazirlə görüşmək istəyirlər. Bu barədə APA-ya Çingiz Qənizadə bildirib. Hüquq müdafiəçisi deyib ki, onlar məsələnin məhkəmə deyil, sülh yolu ilə həll olunmasını istəyirlər. Artıq görüşlə bağlı R. Usubova müraciət etdiklərini bildirən Ç. Qənizadə deyib ki, yaxın günlərdə nazir tərəfindən qəbul olunacaqlarına inanırlar.

Qeyd edək ki, daxili işlər naziri Ramil Usubov hüquq müdafiəçisi Leyla Yunusla bağlı Nəsimi rayon Məhkəməsinə müraciət edib. İddia ərizəsində qeyd olunub ki, Leyla Yunus ötən il dekabrın 3-də day.az saytına verdiyi müsahibədə Daxili İşlər Nazirliyinə böhtan atıb. R. Usubov həmin müsahibənin polisin işgüzar nüfuzuna xələl gətirdiyini bildirib, L. Yunusun təkzib verməsini, nazirlikdən üzr istəməsini və mənəvi zərərin əvəzində 100 min manat cərimə ödəməsini istəyib.
Xatırladaq ki, Nəsimi rayon Məhkəməsində bu günə təyin olunan məhkəmə prosesi yanvarın 22-nə təxirə salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR