Bank Of Baku

Ombudsmanın nümayəndələri 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər

Ombudsmanın nümayəndələri 11 saylı Cəzaçəkmə Müəssisəsinə baxış keçiriblər
# 13 yanvar 2009 13:55 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya bildirilib ki, Ombudsmanın nümayəndələri bu müəssisədəki yataq korpuslarına, cərimə təcridxanalarına, kamera tipli otaqlara, tibbi-sanitar hissəsinə, habelə yeməkxanaya və istehsalat sahəsinə ümumi baxış keçirib, məhkumlarla görüşüblər. Görüş zamanı məhkumlar saxlanma şəraitindən narazı olmadıqlarını, müəssisə rəhbərliyi və əməkdaşları tərəfindən onlara qarşı qeyri-qanuni rəftara yol verilmədiyini söyləyiblər.
Aparatın əməkdaşları eyni zamanda orada saxlanılan, 1 il 6 ay həbs cəzasına məhkum edilən Vüsal Şükür oğlu Həsənovla da görüşüblər. Söhbət zamanı o, şəraitdən narazılıq etməsə də, müəssisə rəisinin ona qarşı qərəzli münasibətindən şikayətlənib, xəstə olmasına baxmayaraq, müalicə müəssisəsinə göndərilmədiyini söyləyib.
Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə məhkum V. Həsənovun xəstəxanaya göndərilməsi, həmçinin saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR