Bank Of Baku

Gəncədə Yevlax sakinindən 14 qutu marixuana tutulub

Gəncədə Yevlax sakinindən 14 qutu marixuana tutulub
# 13 yanvar 2009 13:59 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı-APA. Kəpəz rayon Polis İdarəsinin əməkdaşları Şah İsmayıl Xətai prospekti bina 6, mənzil 2 ünvanında yaşayan 18 yaşlı Əbdüləli Elşən oğlu Məmmədovu saxlayıblar. Onun üzərinə baxış keçirilərkən 2 qrama yaxın həşiş götürülüb. Kəpəz rayon Polis İdarəsinin rəisi Elçin Qasımovun APA–nın qərb bürosuna verdiyi məlumata görə, araşdırmalar zamanı məlum olub ki, Əbdüləli Məmmədov narkotik vasitə olan həşişi tanışı Arzu Teymur oğlu Qasımovdan alıb. A. Qasımov isə həşişi Yevlax rayon sakini, 48 yaşlı Mətləb Vəli oğlu Şükürovdan əldə edib. M. Şükürov Gəncə şəhərinə satmaq üçün gətirdiyi 14 qutu marixuananı satmaq istəyərkən yaxalanıb. O, etiraf edib ki, o marixuananı öz həyətində becərirmiş. O, həyətindəki marixuana kolundan 60 kibrit qutusu marixuana əldə etdiyini də açıqlayıb. Faktla bağlı Kəpəz rayon Polis Şöbəsində cinayət işi açılıb, istintaq gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR