Bank Of Baku

Azərbaycan Ordusunun keçmiş zabitinin və digərlərinin məhkəməsi təxirə salınıb

Azərbaycan Ordusunun keçmiş zabitinin və digərlərinin məhkəməsi təxirə salınıb
# 13 yanvar 2009 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən qapalı prosesdə Kamram Əsədovun vaxtilə qulluq etdiyi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabit, gizir və əsgərləri ifadə veriblər. Şahidlər əsasən K. Əsədovun xidməti keyfiyyəti və hərbi hissədən silah-sursat oğurlaması faktı üzrə dindiriliblər.
Məhkəmə prosesi yanvarın 14-nə qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR