Bank Of Baku

Gəncədə xeyli miqdarda pul və 1000 manat dəyərində kontur oğurlayan şəxs saxlanılıb

Gəncədə xeyli miqdarda pul və 1000 manat dəyərində kontur oğurlayan şəxs saxlanılıb
# 13 yanvar 2009 15:04 (UTC +04:00)
Gəncə. Nəzakət Məşədiəliqızı –APA. Kəpəz rayon Polis Şöbəsinin əməkdaşları oğurluq törətməkdə şübhəli bilinən şəxsi saxlayıblar. APA-nın qərb bürosunun məlumatına görə, 1981-ci təvəllüdlü Gəncə şəhər sakini Nüsrət Pənah oğlu Qurbanov ötən il noyabrın 27-də Gəncənin “Sərçə” bazarı yaxınlığında yerləşən ərzaq mağazasından oğurluq etməkdə şübhəli bilinib. N. Qurbanov istintaqa ifadəsi zamanı pəncərənin nəfəsliyindən mağazaya daxil olaraq 7200 manat nəğd pul və 1000 manat dəyərində müxtəlif kontur kartları oğurladığını etiraf edib. Ona bunla bağlı kömək edən, əvvəllər məhkum olunmuş Həsənov Zabil İsmayıl oğlunun axtarışı isə davam etdirilir. Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayət işi açılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR