Bank Of Baku

Azərbaycanda musiqi məktəbinin ərazisindən silah-sursat tapılıb

Azərbaycanda musiqi məktəbinin ərazisindən silah-sursat tapılıb
# 13 yanvar 2009 15:53 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sumqayıt şəhər 1 saylı Musiqi Məktəbi ərazisindən silah-sursat tapılıb. Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, idarəyə şəhər 1 saylı Musiqi Məktəbinin ərazisində silah-sursat olması barədə anonim telefon zəngi daxil olub. Daxil olan məlumat əsasında sözügedən ünvana baxış keçirilib və orada olan ağac kolluğundan 2 ədəd “Makarov” tapancasının sandığı, 2 ədəd avtomat sandığı və 60 ədəd 5.45 çaplı avtomat patronu aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR