Bank Of Baku

Masallı sakini maskalı şəxslərin hücumuna məruz qalıb

Masallı sakini maskalı şəxslərin hücumuna məruz qalıb
# 14 yanvar 2009 07:18 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Masallıda quldurluq hadisəsi baş verib. Rayon Polis Şöbəsindən APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə dünən Masallı rayonunun Şıxlar kəndində qeydə alınıb. İki nəfər maskalı naməlum şəxs gecə saat 23.00 radələrində 1975-ci il təvəllüdlü Gülbəz Həsən qızı Mehdiyevaya məxsus yaşayış evinə soxularaq ev sahibəsindən pul tələb edib. Məqsədlərinə çatmayan quldurlar G. Mehdiyevanın boğaz nahiyəsinə bıçaq zərbələri endirdikdən sonra aradan çıxıblar. Səs-küyə yetişən qonşular zərərçəkmişi dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına aparıblar. Həkimlərin səyləri nəticəsində G. Mehdiyevanın həyatını xilas etmək mümkün olub. Hazırda onun vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Masallı rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR