Bank Of Baku

Bakıda polis kapitanı yol qəzasında ölüb

Bakıda polis kapitanı yol qəzasında ölüb
# 14 yanvar 2009 07:28 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Sabunçu rayon Polis İdarəsinin əməkdaşı avtomobil qəzasında həlak olub. Nizami rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Rüstəmov küçəsi ilə Q. Qarayev küçəsinin kəsişməsində baş verib. Sabunçu rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşı, polis kapitanı, Rüfət Afət oğlu Məmmədov “Hyunday” markalı, 10 UE 979 dövlət nömrə nişanlı maşını yüksək sürətlə idarə edərkən yol kənarındakı elektrik dirəyinə çırpıb. Qəza nəticəsində polis kapitanı hadisə yerindəcə keçinib. Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR