Bank Of Baku

Masallıda aksiya keçirən zaman saxlanılan sahibkarlar sərbəst buraxılıblar

Masallıda aksiya keçirən zaman saxlanılan sahibkarlar sərbəst buraxılıblar
# 14 yanvar 2009 07:38 (UTC +04:00)
Masallı. Ağəddin Babayev-APA. Dünən Masallıda 150-yə yaxın yerli sahibkar etiraz aksiyası keçirməyə cəhd göstərib, daha 5 nəfər isə aclığa başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, sahibkarlar bu addımı Masallı rayon İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə onlara məxsus dükanların sökülməsi və torpaq sahələrinin əllərindən alınması ilə əlaqələndiriblər. Polisin müdaxiləsi ilə etiraz aksiyası dağıdılıb, aclığa başlayan 5 sahibkar isə rayon Polis Şöbəsinə aparılıb. Axşama yaxın Masallı rayon Məhkəməsinin qərarı ilə onların hər biri 15 manat məbləğində cərimələnərək sərbəst buraxılıblar.
Masallı rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Məmmədağa Eynullayev APA-nın cənub bürosuna sahibkarların yerli icra strukturlarına böhtan atdığını bildirib: “Sözü gedən dükanlar şəhərin görkəminə xələl gətirdiyi və ya qanunsuz tikildiyi üçün sökülüb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR