Bank Of Baku

Nijnı Novqorodda döyülən Azərbaycan vətəndaşının işi məhkəməyə göndəriləcək

Nijnı Novqorodda döyülən Azərbaycan vətəndaşının işi məhkəməyə göndəriləcək
# 14 yanvar 2009 08:16 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Rusiyanın Nijnı Novqorod şəhərində milis əməkdaşları tərəfindən döyülən Azərbaycan vətəndaşı Emil Dadaşovun işi ilə bağlı materiallar məhkəməyə göndəriləcək. Bu barədə APA-ya Nijnı Novqorodda fəaliyyət göstərən İşgəncələrə Qarşı Komitədən məlumat verilib. Komitədən bildiriblər ki, İstintaq Komitəsi əvvəlcə fakta məhəl qoymayıb və cinayət işi qaldırmaqdan imtina edib: “Ancaq şəhər Daxili İşlər İdarəsi operativ və prinsipial yoxlama apararaq materialları İstintaq Komitəsinə göndərib. Prokurorluq ötən il dekabrın sonunda ittiham aktını təsdiqləyib. Yaxın vaxtlarda məhkəmə prosesinin vaxtı müəyyənləşəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR