Bank Of Baku

Azərbaycan Ordusunun keçmiş zabiti və digərləri həyat yoldaşlarının məhkəmədə ifadə verməsinə etiraz ediblər

Azərbaycan Ordusunun keçmiş zabiti və digərləri həyat yoldaşlarının məhkəmədə ifadə verməsinə etiraz ediblər
# 14 yanvar 2009 09:34 (UTC +04:00)
Bakı. Ramil Məmmədli-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib. Bəzi təqsirləndirilən şəxslərin həyat yoldaşları şahid qismində ifadə vermək üçün zala dəvət olunublar. Bu zaman Kamran Əsədov yerindən qalxaraq emosional şəkildə onların həyat yoldaşlarının məhkəmədə şahid qismində ifadə vermələrinin qanunsuz olduğunu bəyan edib: “Həyat yoldaşlarımızı, ailə üzvlərimizi bu işə qatmayın. Biz onların ifadə vermələrinə razı deyilik. Onlar bizim ailə üzvlərimiz olduğu üçün məhkəmədə ifadə verə bilməzlər”.
Hakim İslam Neymanov K. Əsədovun və digər şəxslərin məsləyə bu şəkildə etiraz etmələrini əsassız sayıb.
Dövlət ittihamçısı isə deyib ki, ailəli olan təqsirləndirilən şəxslərin həyat yoldaşları ibtidai istintaqda şahid qismində ifadə verib: “Ona görə ki, onların əksəriyyətinin rəsmi nigahı yoxdur. Bu da məhkəmə onların şahid qismində ifadə vermələrinə imkan verir”.

Məhkəmə prosesi günün ikinci yarısında davam etdiriləcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR