Bank Of Baku

Bakıda və Azərbaycanın bir neçə rayonunda silah-sursat aşkarlanıb

Bakıda və Azərbaycanın bir neçə rayonunda silah-sursat aşkarlanıb
# 14 yanvar 2009 10:32 (UTC +04:00)
Bakı-APA. Daxili işlər orqanları əməkdaşları tərəfindən Azərbaycanın bir neçə ərazisində silah-sursat götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşları tərəfindən Hacılı-Horadiz dəmir yolu mənzilinin 203-cü km-dən 1 ədəd "AK" silahı, 44 ədəd avtomat patronu və 1 ədəd patron darağı, Suraxanı rayon Polis İdarəsi əməkdaşları tərəfindən Zığ qəsəbəsi ərazisindən 1 ədəd qundağı kəsilmiş "AK-74" silahı, 114 ədəd avtomat patronu və 1 ədəd patron darağı, Zaqatala rayon Polis Şöbəsi əməkdaşları tərəfindən isə rayon ərazisindən 1 ədəd "AK-74" silahı, 2 ədəd qumbara və 1 ədəd patron darağı tapılıb.
Ağdaş rayon sakini İttifaq Salehov isə 1 ədəd "Makarov" markalı tapançanı, 10 ədəd patron və 1 ədəd patron darağını könüllü olaraq rayon Polis Şöbəsinə təhvil verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR