Bank Of Baku

Bərdədə xeyli miqdarda silah-sursat aşkarlanıb

Bərdədə xeyli miqdarda silah-sursat aşkarlanıb
# 14 yanvar 2009 11:44 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu - APA. Bərdə rayonunda xeyli miqdarda silah-sursat aşkarlanıb. APA-nın Qarabağ bürosunun məlumatına görə, Bərdə rayon Polis Şöbəsinin əməkdaşları 4 ədəd AKM markalı avtomat, 1 ədəd “Beşatılan”, 3 ədəd 16 mm kalibrli təklülə ov tüfəngi, 1250 ədəd müxtəlif çaplı güllə, 10 avtomat sandıqçası, PDM və ZTR döyüş maşınlarına məxsus sursat, 5 ədəd əl qumbarası, 1 ədəd əldə düzəltmə fişəng atan aşkarlayıblar.

Silah-sursatın naməlum zəng əsasında rayonun müxtəlif ərazilərindən aşkarlandığı bildirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR