Bank Of Baku

Hüquq müdafiəçisi MTN-in İstintaq Təcridxanasında olub

Hüquq müdafiəçisi MTN-in İstintaq Təcridxanasında olub
# 14 yanvar 2009 12:47 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov bu gün Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Təcridxanasında olub. Bu barədə APA-ya məlumat verən komitə sədri ona daxil olan müraciətlər əsasında MTN-də saxlanılan şəxslərlə görüşdüyünü bildirib.

MTN-in İstintaq Təcridxanasında saxlanılan şəxslərdən Ağabəy Yunisovun xərçəng xəstəliyindən əziyyət çəkdiyini qeyd edən E. Behbudov belə bir şəxsin ölkə qanunvericiliyinə əsasən, həbsdə saxlanılmasının yolverilməz olduğunu bildirib. E. Behbudov bununla bağlı artıq milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət etdiyini söyləyib.

İstintaq təcridxanasında saxlanılan digər şəxslərin saxlanma şəraitlərindən şikayətlərinin olmadığını vurğulayan komitə sədri, həmçinin, nazirliyin yüksək rütbəli əməkdaşları ilə görüş keçirdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR