Bank Of Baku

Radikal dini qruplaşma üzvlərinin yaxınları məhkəmədə ifadə veriblər

Radikal dini qruplaşma üzvlərinin yaxınları məhkəmədə ifadə veriblər
# 14 yanvar 2009 13:59 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Ordusunun keçmiş zabiti Kamran Əsədovun və digər 19 nəfərin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, hakim İslam Neymanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin ailə üzvləri şahid qismində ifadə veriblər. Şahid qismində məhkəmə prosesinə dəvət edilən təqsirləndirilənlər Samir Mehrəliyevin anası Fəridə Mehrəliyeva, Bəxtiyar Orucovun anası Xuraman Orucova, Elşən Məmmədovun anası Nazimə Məmmədova, Kamran Babayevin həyat yoldaşı Leyla Qarayeva qanunda nəzərdə tutulan hüquqlarından istifadə edərək, ifadə vermək istəmədiklərini açıqlayıblar. Məhkəmə yerində müşavirə keçirərək, adıçəkilən şəxsləri şahid qismində ifadə verməkdən azad edib. Faktiki nigahda olan, lakin ailə qurmaları haqda rəsmi sənədləri olmayan təqsirləndirilənlərin həyat yoldaşları isə məhkəmədə şahid qismində ifadə veriblər. Təqsirləndirilən Şirvani Babayevin həyat yoldaşı Vəfa İsgəndərova ifadəsində deyib ki, müttəhimlər K. Əsədovun, Bəxtiyar Orucovun və Fərid Cabbarovun cinayət törətməsi barədə KİV-dən xəbər tutub. O, ittiham aktında qeyd olunan ifadəsindəki bəzi məqamlarla razılaşmadığını da qeyd edib. Dəqiqləşmə aparılması üçün V. İsgəndərovanın ibtidai istintaqda verdiyi ifadəsi məhkəmədə oxunub. Təqsirləndirilən Hacıbala Hüseynovun həyat yoldaşı Türkan Musayeva isə ərinin günahsız olduğunu və onun əməlimdə cinayət tərkibi olmadığını söyləyib. T. Musayeva ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edib.
Məhkəmə prosesi yanvarın 15-nə qədər təxirə salınıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər - Kamran Əsədov, Bəxtiyar Orucov, Fərid Cabbarov, Elşən Məmmədov, Kamran Babayev, Samir Mehbalıyev, Tərlan Kərimov, Edqar Əliyev, Ramil Kərimov, Şirvani Babayev, Samir Əliyev, Yalçın Məhərrəmov, Orxan Əlizadə, Hacıbala Hüseynov, Azər İbadov, Şəhriyar Mehrəliyev, Ramin Cəlilov, Rövşən Əbdüləliyev, İlkin İsmayılov və Vüqar Əliyev dini radikal qrupda birləşərək, hərbi mübarizəyə başlamağa cəhd etməkdə, Bakıdakı “LUKoyl” yanacaqdoldurma məntəqəsinə silahlı basqın etməkdə, ABŞ və Böyük Britaniyanın Azərbaycandakı səfirliklərinə qarşı terror aktı hazırlamaqda ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR