Bank Of Baku

Bacısını zorlamaqda təqsirləndirilən erməni əsilli Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib

Bacısını zorlamaqda təqsirləndirilən erməni əsilli Azərbaycan vətəndaşının cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib
# 14 yanvar 2009 14:24 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Binəqədi rayon Məhkəməsində bacısını zorlamaqda ittiham olunaraq həbs olunan, sonra isə saxlandığı Bakıdakı 11 saylı cəzaçəkmə müəssisəsindən qaçmağa cəhd göstərən erməni əsilli Azərbaycan vətəndaşı Edqar Eduardoviç Sarkisyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, hakim Natiq Abbasovun sədrliyi keçirilən iclasda məhkəmə baxışının vaxtı təyin olunub və digər proseduralar müəyyənləşdirilib.
Proses yanvarın 28-də davam etdiriləcək.
Xatırladaq ki, uşaqlıqdan oğurluq əməlinə görə tərbiyə müəssisəsində saxlanılan 1985-ci il təvəllüdlü E. Sarkisyan ilk dəfə 2003-cü ildə oğurluq etdiyinə görə Nəsimi rayon Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib. O, həmin il cəza çəkdiyi Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin yetkinlik yaşına çatmayanlar üçün tərbiyə müəssisəsindən qaçıb və 1 həftədən sonra tutulub. Xətai rayon Məhkəməsinin hökmü ilə əlavə olaraq bu cinayətinə görə daha 4 il azadlıqdan məhrum edilib. 2007-ci ildə Sarkisyan amnistiyaya düşərək azadlığa çıxıb və 2008-ci il fevral ayının 22-də sonuncu cinayət hadisəsini törədib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR