Bank Of Baku

Hacı Məmmədovun mülkünün geri qaytarılması barədə iddiası təmin edilməyib

Hacı Məmmədovun mülkünün geri qaytarılması barədə iddiası təmin edilməyib
# 14 yanvar 2009 14:27 (UTC +04:00)
Bakı. Ramil Məmmədli – APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində bir sıra ağır cinayətlərdə ittiham olunan Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun və digər şəxslərin mülki iddiası üzrə məhkəmə prosesi keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, birinci məhkəmə instansiyasının qərarını qüvvədə saxlamasını istəyib. Məhkəmə müşavirədən qayıtdıqdan sonra H. Məmmədovun və digər həbs olunan şəxslərin əmlakına qoyulan həbsin ləğv edilməsi ilə bağlı mülki iddiasını təmin etməyib.
Qeyd edək ki, Ali Məhkəmədə hakim Müzəffər Ağayevin sədrliyi ilə keçirilən prosesdə çıxarılan təqsirləndirilən şəxslərin əmlakına həbs qoyulması ilə bağlı məhkəmə hökmünə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.
Xatırladaq ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 19 yanvar 2007-ci il tarixli hökmü ilə Hacı Məmmədovun, onun bacısı oğlu Elçin Əliyevin, DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi Zakir Nəsirovun, DİN-in şöbə rəisi Kamil Sədrəddinovun və digər təqsirləndirilən şəxslərin əmlaklarına həbs qoyulub. Hacı Məmmədov isə ata mülkünün geri qaytarılmasını tələb edir.
Hacı Məmmədov başda olmaqla dəstənin 7 üzvü ömürlük, 15 üzvü isə 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR