Bank Of Baku

Bakıda bir ay əvvəl baş verən quldurluq hadisəsinin üstü açılıb

Bakıda bir ay əvvəl baş verən quldurluq hadisəsinin üstü açılıb
# 14 yanvar 2009 15:22 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Azərbaycan paytaxtında bir ay əvvəl baş vermiş quldurluq hadisəsinin üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən ilin dekabr ayının əvvəli “İnşaatçılar” metro stansiyasının qarşısında baş verib. Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Alimə Mürsəl qızı Rüstəmova tanimadığı şəxslərin basqısına məruz qalıb. Naməlum şəxslər onu “BMW” markalı maşına oturdaraq döyüb dişlərini sındırıblar. Bundan başqa quldurlar qadına bıçaqla hədə-qorxu gələrək əl çantasında olan 700 manat pulunu, özünə məxsus ümumvətəndaş pasportunu və övladına məxsus şəxsiyyət vəsiqəsini, həmçinin qızıl üzüyünü alıblar. Sonra isə qadını şəhərin müxtəlif ərazilərində maşınla gəzdirərək Hövsan qəsəbəsinin “Qum adası” adlanan ərazisində sərbəst buraxıblar. Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, hadisəni törədən, 1982-ci il təvəllüdlü Zaur Ağaməmməd oğlu Məlikov tutularaq məsuliyyətə cəlb edilib. Aparılan araşdırmalar nəticəsində Z. Məlikovun hadisəni “BMW” markalı avtomobillə deyil, özünə məxsus “Toyota” markalı, 90 BK 506 dövlət nömrə nişanlı maşınla törətdiyi məlum olub. Faktla bağlı Suraxanı rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR