Bank Of Baku

“Qırmızı körpü”də saxlanılan 5 Azərbaycan vətəndaşından biri cərimə olunaraq azadlığa buraxılıb

“Qırmızı körpü”də saxlanılan 5 Azərbaycan vətəndaşından biri cərimə olunaraq azadlığa buraxılıb
# 14 yanvar 2009 15:24 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İki gün əvvəl Azərbaycan-Gürcüstan sərhədində gürcü sərhədçilərinə rüşvət təklif etdikləri üçün həbs olunmuş 5 Azərbaycan vətəndaşından biri – Fərman Niyazov 10 min lari cərimə ödədikdən sonra azadlığa buraxılıb. Bu barədə APA-ya Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib. Digər Azərbaycan vətəndaşı məhkəmə tərəfindən 8 min lari məbləğində cərimələnsə də, həmin şəxs bu vəsaiti ödəyə bilmədiyi üçün digər 3 Azərbaycan vətəndaşı ilə birlikdə hələ həbsdə saxlanılır. Azərbaycanın Gürcüstandakı səfirliyi onlara hüquqi yardım göstərmək məqsədilə vəkillər tutub. Səfirliyin əməkdaşları ölkə vətəndaşlarının saxlanıldığı təcridxanaya baş çəkib. Səfirlik Gürcüstanın Xarici İşlər Nazirliyindən kömək də istəyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR