Bank Of Baku

Bakının Binəqədi rayonunda 1 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb

Bakının Binəqədi rayonunda 1 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanıb
# 14 yanvar 2009 16:26 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Yanvarın 8-də Bakının Binəqədi rayonunun Binəqədi qəsəbəsində 1 nəfərin ölümü, 4 nəfərin isə ağır yaralanması ilə nəticələnən partlayışla bağlı cinayət işi başlanılıb. Bu barədə APA-ya Binəqədi rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, Binəqədi rayon Prokurorluğunda məlum hadisə ilə bağlı bu gün Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Partlayışın təbii qaz sızmasından və ehtiyatsızlıq nəticəsində baş verməsi tam sübuta yetirilib. Partlayış nəticəsində ağır yaralanan, 1978-ci il təvəllüdlü Ziya Həsənzadənin aldığı xəsarətdən ötən gün öldüyü bildirilir.
Qeyd edək ki, yanvar ayının 8-də, səhər saat 07.00 radələrində, Binəqədi qəsəbəsi, 1-ci Mədən küçəsi, 10-cu korpus, ev 16-da təbii qaz sızması nəticəsində güclü partlayış olub. Partlayış nəticəsində ev sahibi, 1952-ci il təvəllüdlü Mikayıl Hüseynov, onun həyat yoldaşı, 1953-cü il təvəllüdlü Zərifə Hüseynova, ev sahibinin qızı, 1979-cu il təvəllüdlü Elnarə Hüseynova, M. Hüseynovun kürəkəni, 1978-ci il təvəllüdlü Ziya Həsənzadə və Z. Həsənzadənin həyat yoldaşı Ləman Həsənzadə yaralanıb. Yaralılardan Z. Həsənzadə Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.
M. Hüseynov və onun həyat yoldaşı isə 5 saylı Şəhər Klinik Xəstəxanasının yanıq şöbəsinə yerləşdiriliblər. Hazırda digər yaralıların vəziyyətinin normal olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR