Bank Of Baku

Gəncədə 8 yaşlı qızını zorlayan ata həbs edilib-YENİLƏNİB

Gəncədə 8 yaşlı qızını zorlayan ata həbs edilib-YENİLƏNİB
# 14 yanvar 2009 18:37 (UTC +04:00)
Bir qədər əvvəl həyat yoldaşından ayrıldığı bildirilən T.Rəhimov bu gün 8 yaşlı qızı A.T.Rəhimova ilə görüşmək istədiyini bildirib və onu anasından alaraq gəzmək adı ilə dostunun evinə aparıb. Qızını əvvəlcə döyən ata daha sonra onu zorlayıb və bu vəziyyətdə anasına təhvil verərək qaçıb. A. Rəhimova Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xəstəxanasının ginekologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilib.

Faktla bağlı Gəncə şəhər Polis İdarəsində cinayət işi başlanıb, Rəhimov T. barəsində axtarış elan olunub.

Gəncə şəhər Prokurorluğunun müstəntiqi Qoşqar Əhmədov axşam saat 20.30 radələrində APA-ya bildirib ki, artıq T. Rəhimov həbs olunub. Faktla bağlı prokurorluqda araşdırma başlayıb.

T. Rəhimovun qohumları isə onun mütəmadi olaraq, narkotik qəbul etdiyini, son vaxtlar həblərin təsirindən psixikasının pozulduğunu deyiblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR