Bank Of Baku

ARDNŞ-ə məxsus idarənin anbarında partlayış baş verib, xəsarət alanlar var

ARDNŞ-ə məxsus idarənin anbarında partlayış baş verib, xəsarət alanlar var
# 15 yanvar 2009 10:47 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə yanvarın 14-də saat 10.10 radələrində baş verib. Səbail rayonundakı Dəniz küçəsində yerləşən anbarda təbii qazın sızmasından baş verən partlayış nəticəsində anbarın arakəsmə divarı dağılıb, oradakı əşyalar 4 kv/m sahədə yanıb.

Hadisə zamanı anbarda olan 7 fəhlə xəsarət alıb. Xəsarət alan fəhlələr - İlham Əliyev, Lazer Hacıməmmədov, Seyfəddin Camalov, İbad İsmayılov, Ağası Əliyev, Samir Kazımov, habelə şok vəziyyətində olan Mənsurə Əliyeva xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR