Bank Of Baku

Azərbaycanda bir gündə dörd nəfər dəm qazından zəhərlənib

Azərbaycanda bir gündə dörd nəfər dəm qazından zəhərlənib
# 15 yanvar 2009 10:58 (UTC +04:00)
Bakı – APA. Gəncə şəhər Nizami rayonu Gülüstan qəsəbəsində yaşayan Məlahət Qəribova dəm qazından zəhərlənib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, o, xəstəxanaya yerləşdirilib.

Paytaxt Bakıda da dəm qazından zəhərlənmə hadisəsi baş verib. Suraxanı qəsəbəsi A. Rzayev küçəsində yaşayan Lamiyə Eminova dəm qazından zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Nəsimi rayonu 20 Yanvar küçəsində yaşayan Firəngiz Behniyə və bacısı Gülsüm də dəm qazından zəhərlənmə ilə xəstəxanaya müraciət ediblər. İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Hər üç faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR