Bank Of Baku

İnsan alverində təqsirləndirilən Şirvan və Şərur sakinləri həbs olunub

İnsan alverində təqsirləndirilən Şirvan və Şərur sakinləri həbs olunub
# 15 yanvar 2009 11:14 (UTC +04:00)
Bakı - APA. Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yasamal rayonu ərazisində T. Abbasov küçəsindəki "Araz" restoranında əxlaqsızlıq yuvası təşkil edən Şirvan şəhər sakini Ceyhun Quliyev tutulub. Bu barədə APA-ya DİN mətbuat xidmətindən məlumat verilib.

DİN İnsan Alverinə Qarşı Mübarizə İdarəsi və Qazax RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Şərur rayon sakini Zəminə Əlizadə bir qrup şəxslə cinayət əlaqəsinə girərək qadınları cinsi istismara məruz qoymaq məqsədilə Türkiyəyə apardığı üçün həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR