Bank Of Baku

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun müayinəsinin nəticələri açıqlanıb

Azərbaycanın sabiq səhiyyə naziri Əli İnsanovun müayinəsinin nəticələri açıqlanıb
# 15 yanvar 2009 11:24 (UTC +04:00)
Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rəfael Mehdiyev bildirib. R. Mehdiyevin sözlərinə görə, rəydə Ə. İnsanovda hipertoniya, xroniki kolit əlamətlərinin mövcudluğu, fəqərəarası disklərdə qabarma yarandığı, kökcük sindromunun olduğu qeyd edilib. Eyni zamanda R. Mehdiyev deyib ki, sabiq nazirdə aktiv vərəm aşkarlanmayıb.
Həkim komissiyası məhbusun cərrahiyyə əməliyyatına ehtiyacının olmadığını qeyd edib. İdarə rəisi müayinənin nəticələrinə uyğun olaraq Ə. İnsanovun yaxın günlərdən başlayaraq konservativ-fizioterapiya müalicəsinə başlanacağını deyib.

Ə. İnsanovun vəkili Toğrul Babayev isə APA-ya açıqlamasında deyib ki, Ə. İnsanovun müayinəsinin nəticələri ilə bağlı həkim komissiyasının rəyi onlara təqdim olunmayıb: “Müayinə yanvarın 10-da başa çatsa da, rəy rəsmi şəkildə nə mənə, nə də Əli İnsanova təqdim olunmayıb. Mətbuatda rəylə bağlı verilən açıqlamaların bizə heç bir aidiyyəti yoxdur. Rəy bizə rəsmi şəkildə təqdim olunmalı idi. Bu baş vermədiyinə görə, biz artıq Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmişik”.
Bu gün Ə. İnsanovla görüşdüyünü bildirən T. Babayev müraciətin artıq Avropa Məhkəməsinə göndərildiyini deyib.

Qeyd edək ki, Ə. İnsanov Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına uyğun olaraq ötən ilin sonlarında Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsinə köçürülüb. Avropa Məhkəməsi sabiq nazirin müayinə və müalicə olunması ilə bağlı Azərbaycan hökumətinə bu il yanvarın 20-dək vaxt vermişdi. Bu qərara uyğun olaraq Ədliyyə Nazirliyi 6 nəfərdən ibarət həkim komissiyası formalaşdırıb. Sabiq nazirin müayinəsinə ötən il dekabrın sonlarından başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR