Bank Of Baku

Kvemo-Kartli prokuroru məhkəmədən həbs olunmuş Azərbaycan vətəndaşlarının azadlığa buraxılmasını xahiş edəcək

Kvemo-Kartli prokuroru məhkəmədən həbs olunmuş Azərbaycan vətəndaşlarının azadlığa buraxılmasını xahiş edəcək
# 15 yanvar 2009 13:01 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. “Qırmızı körpü” sərhəd-buraxılış məntəqəsində gürcü sərhədçilərinə rüşvət verərkən həbs olunan Azərbaycan vətəndaşlarından biri - Habil Novruzəliyev Rustavi, Etibar Turabov, Mehdi Nəbiyev və Məhəmməd Novruzov isə Qldani təcridxanasında saxlanılırlar. Azərbaycanın Gürcüstandakı səfirliyinin konsulu Fərhad Məmmədov APA-ya açıqlamasında hər üç şəxslə görüşdüyünü deyib. O bildirib ki, H. Novruzəliyevdən başqa digərləri sərhədçilərə rüşvət verdiklərini etiraf ediblər. Səfirlik onlara vəkil tutub.

F. Məmmədov Kvemo-Kartli bölgə prokuroru Mixail Abuladze ilə görüşdüyünü də söyləyib. O, görüşdə Azərbaycan vətəndaşlarının həbsi barədə səfirliyə gec məlumat verilməsinə görə narazılığını dilə gətirib: “5-10 lariyə görə imkansız şəxslərdən 10 min lari cərimə tələb edilməsinin nə dərəcədə ədalətli olduğu da Gürcüstan rəsmilərinin nəzərinə çatdırılıb. Hadisə barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumatlandırılıb. Səfirlik Azərbaycan vətəndaşlarının tezliklə azadlığa buraxılması üçün səylərini davam etdirir”. M. Abuladze də Azərbaycanla dostluq əlaqələrini nəzərə alaraq məhkəmədən Azərbaycan vətəndaşlarının tezliklə azadlığa buraxılmasını xahiş edəcəklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR