Bank Of Baku

Ombudsmanın nümayəndələri Qənimət Zahid və Mirzə Sakitlə görüşüblər

Ombudsmanın nümayəndələri Qənimət Zahid və Mirzə Sakitlə görüşüblər
# 15 yanvar 2009 14:50 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 və 17 saylı cəzaçəkmə müəssisələrinə baxış keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməkdaşlar digər məhkumlarla yanaşı, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və onun qardaşı Sakit Zahidovla (Mirzə Sakit) da görüşüblər. Mirzə Sakit söhbət zamanı 14 saylı Cəzaçəkmə Müəssisəsindən 10 saylı müəssisəyə köçürülməsində kömək etdiyinə görə Ombudsmana minnətdarlığını bildirib. O, bu müəssisənin rəhbərliyi və əməkdaşları ilə hazırda heç bir probleminin olmadığını deyib. M. Sakit yalnız vaxtından əvvəl azad olması ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciətinin müsbət həll edilmədiyindən narazılığını bildirib.
17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Qənimət Zahid buradakı şəraitdən və onunla rəftardan narazı olmadığını söyləyib. O, hazırda müəssisədə ingilis dilini öyrəndiyini qeyd edib.
Cəzaçəkmə müəssisələrinin rəhbərliyinə saxlanma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR