Bank Of Baku

Beş gündür, aclıq edən ömürlük məhbusun səhhətinin pisləşməsi barədə məlumat yayılıb

Beş gündür, aclıq edən ömürlük məhbusun səhhətinin pisləşməsi barədə məlumat yayılıb
# 15 yanvar 2009 15:12 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Qobustan həbsxanasında saxlanılan ömürlük məhbus Elçin Əmiraslanov aclıq aksiyasını davam etdirir. Bu barədə APA-ya Ömürlük Məhbusların Yaxınları Komitəsinin sədri Müslümət Rzaxanova məlumat verib. Onun sözlərinə görə, Qobustan həbsxanasında saxlanılan ömürlük məhbus E. Əmiraslanov artıq beş gündür müddətsiz aclıq aksiyası keçirir. M. Rzaxanova məhbusun “kars”da saxlanmasına, həbsxana rəisi Kazım Abdullayev tərəfindən özünə və digər məhbuslara qarşı işgəncə verilməsinə etiraz əlaməti olaraq aclığa başladığını deyib: “Elçin Əmiraslanov Müalicə Müəssisəsindən Qobustan həbsxanasına qaytarılan kimi həbsxana rəisinin göstərişi ilə yenidən döyülərək “kars”a salınıb”.
Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədova da müraciət etdiklərini vurğulayan M. Rzaxanova məhbusun vəziyyətinin pisləşdiyini söyləyib.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən isə APA-ya məlumatı təkzib ediblər. Şöbədən bildirilib ki, onlara bu barədə məlumat daxil olub və məsələ araşdırılıb: “Aparılan araşdırmalar nəticəsində Elçin Əmiraslanovun “kars”da saxlanılmadığı və aclıq keçirmədiyi məlum olub”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR