Bank Of Baku

Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənib

Cəlilabad sakini Bakıda dəm qazından zəhərlənib
# 15 yanvar 2009 15:58 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı şəhərinə qonaq gələn Cəlilabad sakini dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu axşam rayonun Sahil qəsəbəsi, E. Quliyev küçəsi, ev 38-də yerləşən 2 saylı mənzildə baş verib. Adıçəkilən ünvanda yaşayan bacısıgilə qonaq gələn, Cəlilabad rayon sakini, 1972-ci il təvəllüdlü Səfər Cəlal oğlu Cəlalov dəm qazından zəhərlənib. Təcilli olaraq xəstəxanaya yerləşdirilən zərərçəkənin hazırda vəziyyətinin normal olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR