Bank Of Baku

Bakıda poliklinikanın tavanı çöküb

Bakıda poliklinikanın tavanı çöküb
# 16 yanvar 2009 08:02 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakının Əzizbəyov rayonundakı 14 saylı poliklinikanın tavanı çöküb. Bu barədə APA-ya poliklinikadan məlumat verilib. Məlumata görə, hadisə ötən gecə baş verib. Qeyd olunub ki, 14 saylı poliklinika Buzovna qəsəbəsi, Rasim İmanov küçəsi 2 A ünvanında beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində fəaliyyət göstərir. Binanın ikinci mərtəbəsində yaşayan sakinlərdən birinin mənzilində suyun açıq qalması poliklinikanın dəri-zöhrəvi şöbəsinin tavanının çökməsi ilə nəticələnib. Hadisə gecə saatlarında baş verdiyindən xəsarət alan olmayıb. Hazırda sözügedən əraziyə rayon İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR