Bank Of Baku

Azərbaycan paytaxtında taksi sürücüsü intihar edib

Azərbaycan paytaxtında taksi sürücüsü intihar edib
# 16 yanvar 2009 08:37 (UTC +04:00)
Bakı. Hafiz Heydərov - APA. Bakıda taksi sürücüsü intihar edib. Əzizbəyov rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Şağan qəsəbəsi, Mehdi Hüseynzadə küçəsində yerləşən 2 saylı evdə baş verib. Adıçəkilən ünvanda yaşayan, 1978-ci il təvəllüdlü Məmməd İsrafil oğlu Cabbarov özünü yaşadığı evin eyvanından asaraq intihar edib. İlkin məlumata görə, mərhum şəhər ərazisində taksi sürücüsü kimi fəaliyyət göstərib və külli miqdarda borcu olub.
Faktla bağlı Əzizbəyov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR