Bank Of Baku

Bakı sakinindən silah-sursat götürülüb

Bakı sakinindən silah-sursat götürülüb
# 16 yanvar 2009 09:00 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakı sakinindən kustar üsulla hazırlanmış odlu silah götürülüb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 40-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini, 1979-cu il təvəllüdlü Bürcəliyev Hikmət Cəlil oğlundan kustar üsulla düzəldilmiş 1 ədəd tüfəng və 3 ədəd 5,45 kalibirli patron götürülüb. Aşkarlanmış silah-sursat ekspertizaya göndərilib. Faktla bağlı təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR