Bank Of Baku

Bakıda yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb

Bakıda yol qəzasında 2 nəfər ölüb, 1 nəfər yaralanıb
# 16 yanvar 2009 09:07 (UTC +04:00)
Bakı. Hafiz Heydərov –APA. Bakıda iki maşının toqquşması nəticəsində iki nəfər ölüb, bir nəfər isə ağır yaralanıb. Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gecə, Bakı-Sumqayıt yolunun 6,5-ci kilometrliyində baş verib. 1968-ci il təvəllüdlü Orucov Rəhim Nəbi oğlunun idarə etdiyi “VAZ-2107” markalı, 10 LO 947 dövlət nömrə nişanlı avtomobil əks istiqamətdə hərəkət edən, 1965-ci il təvəllüdlü Əliyev Fazil Akif oğlunun idarə etdiyi “VAZ-2106” markalı 10 GV 716 dövlət nömrə nişanlı maşınla toqquşub. Qəza nəticəsində hər iki maşının sürücüsü hadisə yerindəcə dünyalarını dəyişib. “VAZ-2106” markalı avtomobildə olan sərnişin, 1971-ci il təvəllüdlü Əliyeva Esmira Dursun qızı müxtəlif bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR